İran Avropaya bütün uçuşları dayandırdı


İran Hava Daşıyıcıları Assosiasiyası Avropa İttifaqının (Aİ) tətbiq etdiyi son sanksiyalardan sonra Avropa ölkələrinə uçuşları dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə assosiasiyanın direktoru Maksud Əsədi Samani bildirib.
“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “İran Air” idi və Aİ-nin “İran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, - Samani qeyd edib.
Qeyd edək ki, oktyabrın 14-də Aİ İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib. Aİ Şurasının bəyanatında deyilir ki, bu vətəndaşlar və təşkilatlar Rusiyaya pilotsuz təyyarələrin və raketlərin ötürülməsinə kömək ediblər.
Sanksiyalar arasında İranın “İran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri də var.

DİGƏR XƏBƏRLƏR

Top