Sentyabr ayında əhalinin xərcləri gəlirlərindən daha çox artıb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda əhalinin bir nəfərinin orta aylıq nominal gəlirləri 671 manat, pərakəndə ticarət şəbəkəsindən xərclədiyi orta aylıq məbləğ isə 465,2 manat olub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki dövr (yanvar-avqust) ilə müqayisədə yanvar-sentyabr aylarında əhalinin orta aylıq nominal gəlirləri 1,4%, əhalinin orta aylıq xərcləri xərcləri isə 2% artıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycanda əhalinin bir nəfərinin orta aylıq nominal gəlirləri 661,4 manat, pərakəndə ticarət şəbəkəsindən xərclədiyi orta aylıq məbləğ isə 456,1 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top