Mərkəzi Bank 4 400 ədəd qızılgül, 700 ədəd qərənfil alır


Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com 
xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Ağ Çiçəyim” MMC (VÖEN – 1506000271) Mərkəzi Banka müxtəlif tədbirlərlə bağlı gül və əklillər satacaq.
Mərkəzi Bankın alacağı gül və əklillərin arasında 8 ədəd əklil (hər birində 300 ədəd qızılgül), 700 ədəd qərənfil, 2 000 ədəd qızılgül yer alacaq və qeyd olunan güllər üçün “Ağ Çiçəyim” MMC-yə 16 min 850 manat 40 qəpik ödəniləcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top