“Barselona” “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holanı transfer etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” qəzeti məlumat yayıb.
Məlumata görə, “Barselona”nın prezidenti Joan Laporta 2025 və ya 2026-cı ildə Holanla müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Holan 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ildə başa çatır.
Hazırda hücumçunun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.
Xatırladaq ki, bu mövsüm Holan bütün turnirlərdə 10 matçda iştirak edib və 11 qol vurub.