LG smartfon bazarına qayıtmağı planlaşdırır


İnnovativ texnologiyaları ilə tanınan Cənubi Koreyanın LG korporasiyası yeni qeyri-adi qurğu ilə smartfon bazarına qayıda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “MSPowerUser” məlumat yayıb.
Xatırladaq ki, bir neçə il əvvəl LG öz smartfon istehsalı bölməsini bağlayaraq bu biznesi tərk edib. Lakin son məlumatlara görə, şirkət bu sahədə fəaliyyətini bərpa edə bilər.
Bildirilir ki, yeni smartfon layihəsi 8 oktyabr 2024-cü ildə ABŞ Patent və Ticarət Nişanları İdarəsində (USPTO) qeydiyyatdan keçib:
“Cihazın təsviri smartfon ekranının minimuma endirilə biləcəyini göstərir. Bu, şirkət tərəfindən əvvəllər hazırlanmış, lakin büküldükdə ekranın deformasiyası ilə bağlı problemlərlə üzləşən “Rollable” (bükülən) smartfon layihəsi ilə assosiasiyaları oyadır.
LG mütəxəssisləri, deyəsən, elastik ekranın altına maqnit substrat əlavə etməklə bu problemin həllini tapıblar. O, hər dəfə qatlananda və açılanda ekranı hamarlaşdırmağa kömək edir, qırışların qarşısını alır”.

DİGƏR XƏBƏRLƏR

Top