İsrail daha bir “Hizbullah” komandirini zərərsizləşdirdi


İsrail ordusu “Hizbullah” hərəkatının hərbi birləşmələrinin tərkibində “Radvan” xüsusi təyinatlı tank əleyhinə bölmənin komandirini zərərsizləşdirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Məhəmməd Kamil Naim zərərsizləşdirilib.
Məlumata görə, o, İsrail mülki əhalisinə qarşı tank əleyhinə raketlərdən istifadə edilən hücumlar da daxil olmaqla, çoxsaylı terror hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh olub.
Ordudan verilən məlumata görə, “Hizbullah” komandiri İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top