8 oktyabr 2023-cü ildən bəri Livan İsrail ərazisinə ən azı 14 min raket atıb.
Yeniavaz.com “Ynet” portalına istinadla xəbər verir ki, bu barədə məlumat İsrailin müdafiə naziri Yoav Qalantın oktyabrın 13-də İsrail hökumətinin həftəlik iclasında təqdim etdiyi hesabatda yer alıb.
“Hizbullah” hərəkatının müharibədən əvvəlki arsenalının üçdə birindən çoxu qalmayıb. Müharibə başlayandan bəri “Hizbullah” İsrailə 14 mindən çox raket atıb. Raketlərin bir çoxu hava zərbələri ilə məhv edilib”, - Qalant bildirib.
Bundan əlavə, müdafiə naziri əmin edib ki, İsrail ordusunun Livanın cənubunda quru əməliyyatı plan üzrə gedir və çox aydın məqsədləri var.