Vətəndaşlar ən çox bu məsələlərə görə nazirliyə müraciət edirlər


İqtisadiyyat Nazirliyinə məxsus 195-1 Çağrı Mərkəzinə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 305 130 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 346 485 müraciət olub.
Yeniavaz.com
xəbər verir ki, müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top