Keçən gecə Kubanda psixonevroloji dispanserin binasında tavan uçub.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində bir qadın ölüb, 200-dən çox insan təxliyə edilib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 100 kv.m sahədə əsas binanın bir otağında mərtəbə arası tavan çöküb.
Dağıntılar altından qadın meyiti tapılıb. İlkin məlumata görə, mərhum müəssisədə sanitar olub.
Regional operativ qərargahdan verilən məlumata görə, 198 xəstə və 8 əməkdaş təxliyə edilib. Təxliyə edilənlər qurumun digər binalarına yerləşdirilib.
Krasnodar diyarının müstəntiqləri səhlənkarlıq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi) cinayət işi açıblar.