ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaxın dörd ayda üçüncü dünya müharibəsinin başlaya biləcəyindən ehtiyat etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Kaliforniyadakı tərəfdarları ilə görüşündə deyib.
“Yaxın üç-dörd ay üçün narahatlığım odur ki, hökumətdə olan insanlara görə dünya müharibəsi ilə üz-üzə gələcəyik”, - Tramp bildirib.
Tramp yenidən söz verib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni həll edə, həmçinin Yaxın Şərqdəki xaosu dayandıra biləcək.