Polşa sığınacaq vermək hüququnu müvəqqəti olaraq dayandırmaq niyyətindədir.
Yeniavaz.com BILD-ə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Tusk deyib.
O bildirib ki, bu, Polşa hökumətinin yeni miqrasiya strategiyasının bir hissəsi olacaq.
Vətəndaş Koalisiyasının partiya konfransında Tusk deyib ki, hakimiyyət Polşaya və Avropa Birliyinə kimin daxil olacağına tam nəzarəti qaytarmalıdır:
“Biz Polşaya qeyri-qanuni miqrasiyanı minimuma endirəcəyik. Mən bu qərarın Avropada tanınmasını tələb edəcəyəm”.
Polşanın baş naziri, həmçinin Brüsseli tənqid edərək, Aİ-nin miqrasiya sazişi Polşanın təhlükəsizliyini təhlükə altında qoyacağı təqdirdə ona əməl etməyəcəyi ilə hədələyib.
Baş nazirlik aparatının rəhbəri Yan Qrabek isə bildirib ki, qadağa yalnız miqrantların Belarusdan sərhədi keçmək cəhdlərinə şamil ediləcək:
“Beləliklə, bu, müharibədən Polşaya qaçan ukraynalılara təsir etməyəcək”.