“Hazırda biz kəşfiyyat təşkilatımızla İsrailin Türkiyəyə qarşı atdığı və ya atacağı addımları A-dan Z-yə qədər nəzarətdə saxlayırıq”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfərindən qayıdanda jurnalistlərə açıqlama verərkən deyib.
“İsrail təkcə hücum etdiyi Fələstinin və Livanın sabitliyini hədəf almır. Orada səbəb olduğu yanğının ətrafa sıçramasına da çalışır. Bunlara məhəl qoymamağımız mümkün deyil. Bütün bunların fərqindəyik. Əlimiz-qolumuz bağlı dayanmırıq”, - Ərdoğan bildirib.