Bayden İranın təhdidlərinə görə Trampa “lazım olanları” verməyi əmr etdi


ABŞ Prezidenti Co Bayden, İrandan gələn təhdidlərə görə seçki kampaniyasının əlavə müdafiə tədbirləri tələbinə cavab olaraq, Müdafiə Nazirliyinə Donald Trampa “nə lazımdırsa” verməyi əmr edib.
Yeniavaz.com
xəbər verir ki, brifinqdə bir müxbir Baydendən Tramp kampaniyasının son mərhələsində hərbi təyyarələrdən istifadə tələbini təsdiq edib-etməyəcəyini soruşub.
“Əgər o, F-15 qırıcılarını tələb etməsə. Mən Müdafiə Nazirliyinə dedim ki, vəzifədə olan bir prezident üçün lazım olan hər şeyi təmin etsin. Ona ehtiyacı olan hər şeyi verin, əgər bu kateqoriyaya düşürsə”, - Bayden cavab verib.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” və “The Washington Post” yazıblar ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası və tərəfdaşları onun həyatı və təhlükəsizliyi üçün İran tərəfindən təhdidlərdən ehtiyat edərək, Trampın iqamətgahı üzərində və mitinqlər keçirilən yerlərdə hərbi təyyarələr, gülləkeçirməz şüşələr və genişləndirilmiş uçuş məhdudiyyətləri də daxil olmaqla əlavə mühafizə tədbirləri tələb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top