Ukraynanın bərpası üzrə növbəti beynəlxalq konfransın 2025-ci il iyulun 10-11-də Romada keçirilməsi planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni Ukrayna lideri Vladimir Zelenski ilə görüşündən sonra bildirib.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Ukraynanın bərpası ilə bağlı gələn il Romanın ev sahibliyi edəcəyi növbəti konfrans iyulun 10-11-də baş tutacaq”, - Meloni bildirib.
Baş nazir qeyd edib ki, Ukraynaya, o cümlədən onun yenidən qurulmasına kömək etmək İtaliyanın maraqlarına uyğundur.
Xatırladaq ki, Zelenski Avropa turnesi çərçivəsində Romaya səfər edib və bu səfər zamanı “qələbə planını” təqdim edib.