Roma Papası Zelenskini qəbul etdi


Roma Papası Fransisk Ukrayna Prezidenti Vladimir Zelenskini audiensiyada qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş 35 dəqiqə davam edib. Pontifik Zelenskidən əvvəl onu ziyarət edən İspaniyanın Baş naziri Pedro Sançeslə eyni vaxtda danışıb.
Daha sonra danışıqlar Dövlət Katibliyində aparılıb. Danışıqlar zamanı Ukraynadakı münaqişənin hazırkı vəziyyəti nəzərdən keçirilib, eləcə də müharibəyə son qoyulmasına, ədalətli sülhün əldə edilməsinə və ölkədə sabitliyin bərqərar olmasına gətirib çıxara biləcək həll yolları müzakirə edilib.
Qeyd edək ki, Fransisk Zelenski ilə ən son 2023-cü ilin mayında Vatikanda görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top