“TikTok” yüzlərlə işçisini ixtisar edəcək


“TikTok” kontentin moderasiyası prosesində dəyişikliklərlə əlaqədar bütün dünyada yüzlərlə iş yerini ixtisar edəcək.
Yenavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Malayziyada 700 iş yeri ixtisar olunacaq. İlk mərhələdə 500-ə yaxın işçi öz işi vidalaşmalı olacaq. İxtisarların əksəriyyəti platformada məzmun moderasiyası ilə məşğul olan işçilərə təsir edəcək.
Agentlik yazır ki, platforma məzmunu yoxlamaq üçün fiziki qüvvə ilə yanaşı, süni intellekt texnologiyasına əsaslanan metodlardan istifadə edir.
“Reuters”in məlumatına görə, “ByteDance” şirkətində dünyanın 200-dən çox şəhəri üzrə 110 mindən çox insan işləyir.

DİGƏR XƏBƏRLƏR

Top