Fransa Silahlı Qüvvələrinin xərcləri gələn il 50,5 milyard avroya qədər artacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi Fransanın büdcə layihəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Fransa hökumətinin 2025-ci il üçün hazırladığı büdcə layihəsində müdafiə xərclərinin 3,3 milyard avro artırılması nəzərdə tutulur ki, bu da ÜDM-in 2%-i deməkdir.
Agentliyin məlumatına görə, Fransada 2017-ci ildə müdafiə xərcləri 32 milyard avro təşkil edib. Həmin tarixdən etibarən bu sahəyə ayrılan xərclər ardıcıl olaraq artırılmağa başlayıb. Əgər belə davam etsə, 2030-cu ilə qədər Fransada müdafiə xərcləri 67,4 milyard avro olacaq.
Digər tərəfdən, AFP-nin məlumatına görə, gələn il silah proqramına ayrılan xərclərin 16% artaraq, 10,6 milyard avroya qədər artırılması planlaşdırılır. Bu isə bu illə müqayisədə silah proqramına ayrılan xərclərin 8 faiz və ya 7 milyard avro artması deməkdir.