“PMD Group” işçiləri müqaviləsiz işlədib? – İş məhkəmədədir


Azərbaycanda daşınmaz əmlakın, o cümlədən də otellərin idarə olunması sahəsində fəaliyyət göstərən ən böyük şirkət – “PMD Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “PMD Group” MMC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur. “PMD Group” MMC barəsində tərtib olunan protokol məhkəmə tərəfindən təsdiq olunarsa, şirkət 20 min manatdan 25 min manatadək məbləğdə cərimə ödəməli olacaq.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD Group” MMC aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD Group” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.
“PMD Group”un idarə etdiyi yaşayış və kommersiya binaları, həmçinin otellər aşağıdakılardır:
“Hillside Residence”;
“Nizami Boutique House”;
“Xəzər Rezidens”;
“Gumush Residence”;
“Vurgun Residence”;
“Ağdam Rezidens”;
“Bayıl Plaza”;
“Üzeyr Hacıbəyli 57”;
“Çinar Plaza”;
“Dalğa Plaza”;
“Sahil Plaza”;
“BEGOC Biznes Mərkəzi”;
“Dalga Beach Aquapark resort”;
“Garabagh Resort and Spa”;
“Gashalti Health Hotel Naftalan”;
“Lankaran springs Wellness Resort”;
“Paulaner Brauhaus”;
“Qalaaltı Hotel and Spa”;
“Shamakhi Palace Sharadil”.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top