İsrail “İslami Cihad”ın səhra komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki Nur Şəms şəhərində Fələstinin “İslami Cihad” hərəkatının səhra komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF və “Şin Bet”in birgə bəyanatında qeyd edilib.
“İsrail Müdafiə Qüvvələri və “Şin Bet”in birgə həyata keçirdiyi antiterror əməliyyatları zamanı dünən, cümə axşamı İsrail ordusuna məxsus təyyarə Tulkərm şəhərinə zərbə endirib. Zərbə nəticəsində “İslami Cihad” terror şəbəkəsinin Nur Şəms şəhərindəki rəhbəri Məhəmməd Abdullah və daha bir terrorçu ölüb”, - bəyanatda bildirilib.
Bəyanata görə, son aylarda Abdullah ərazidə terror fəaliyyətinin təşkilinə görə məsul olub və çoxsaylı terror aktlarında iştirak edib.
“Məhəmməd Abdullah avqustun 29-da IDF və “Şin Bet”in köməyi ilə İsrail polisi tərəfindən öldürülən Tulkərmdəki terror şəbəkəsinin başçısı Məhəmməd Cabirin (Əbu Şucaanın) varisi idi”, - deyə bəyanatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top