Emin Ağalarova məxsus məşhur “Sea Breeze İnvest” şirkəti ləğv olundu


Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayış binaları tikdirən “Sea Breeze İnvest” MMC-nin (VÖEN – 1300132891) ləğv olunduğu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, ləğv olunan “Sea Breeze İnvest” MMC Nardaran qəsəbəsindəki “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” MMC (VÖEN – 1401113871) şirkətinə qoşulduğunu elan edib.
Bildirilir ki, bu qoşulmadan sonra “Nardaran İnvest” MMC-nin rəhbərliyi yenidən təşkil olunub.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi, həmçinin “Nardaran İnvest” MMC Xalq artisti Emin Ağalarova məxsusdur. “Sea Breeze” yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top