Putin Pezeşkianla ilk görüşündə nəyi müzakirə edəcək?


“Aşqabadda gözlənilən görüşdə Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ikitərəfli münasibətlərdən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər geniş mövzuları müzakirə edəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov qeyd edib ki, bu, prezidentlərin ilk görüşü olacaq:
“Bu, ilk növbədə ikitərəfli Rusiya-İran münasibətləridir. Müxtəlif sənaye sahələrində kifayət qədər sıx əlaqələrimiz var. Amma təbii ki, Yaxın Şərqdəki vəziyyət də diqqətdən kənarda qalmayacaq. Hər halda ciddi söhbət olacaq. Bu, prezidentlərin ilk görüşüdür”.

DİGƏR XƏBƏRLƏR

Top