Rejissor Ridli Skot “Qladiator” filminin üçüncü hissəsi üzərində işə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Total Film” jurnalı məlumat yayıb.
“Əlimdə artıq ssenarinin səkkiz səhifəsi var. Demək olar ki, məndə çox gözəl bir yolun başlanğıcı var, onun ardınca getməliyəm”, - rejissor bildirib.
Qeyd edək ki, yanvar ayında aktyor Pol Meskal Ridli Skotla fotosunu yerləşdirərək “Qladiator 2” filminin çəkilişlərinin başa çatdığını elan edib. Layihənin aktyor heyətinə Pedro Paskal, Denzel Vaşinqton, Cozef Quinn və Konni Nilsen daxildir. Yeni “Qladiator”un süjeti birinci hissənin bitməsindən 25 il sonra baş verəcək hadisələrdən bəhs edəcək.
İyul ayında “Qladiator 2”nin rəsmi treyleri nümayiş olunub. 2000-ci ildə çəkilmiş kült filmin davamının noyabrın 22-də bütün dünyada nümayişi planlaşdırılır.