“Putin yerli istehsal paltarlar geyinir”


Rusiya Prezidenti Vladimir Putin yerli istehsalçıların geyimlərindən çox fəal istifadə edir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident təbii olaraq Rusiya məhsullarından çox fəal istifadə edir”, - deyə Peskov vurğulayıb.
Kreml nümayəndəsi qeyd edib ki, son iki ildə yerli dizaynerlər tərəfindən məhsulların istehsalının həcmi artıb.
Qeyd edək ki, bir gün əvvəl videobağlantı vasitəsilə regionlarda yeni sənaye obyektlərinin istifadəyə verilməsi mərasimində Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin Rusiya istehsalı olan kostyumunu yüksək qiymətləndirmiş və rusların yüksək keyfiyyətli yerli məhsullara layiq olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top