Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 66 min 808,4 ton üzüm yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, üzüm yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% və ya 6 min 753,4 ton az olub.
Məlumat üçün bildirək ki, azalma əsasən Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, bu rayonda üzüm yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% və ya 5 min 385 ton az olub.
Onu da qeyd edək ki, azalmanın başqa bir səbəbi bu il əkin sahəsinin az olması ilə əlaqədar olub. Belə ki, ötən il əkin sahəsi 15 min 800,4 hektara bərabər olduğu halda, bu ilin eyni dövründə 14 min 958,6 hektar olub.
Bu ilin ilk 8 ayında ən çox üzüm yığılan 10 rayon aşağıdakı kimi olub:
Şəmkir – 14 743,2 ton;
Cəlilabad – 9 360 ton;
Tovuz – 7 350 ton;
Şamaxı – 4 473 ton;
Binəqədi – 3 055 ton;
Samux – 3 035,2 ton;
Salyan – 2 735 ton;
Babək – 1 590,2 ton;
Culfa – 1 569,5 ton;
Yevlax – 1 567 ton.
Onu da bildirək ki, bu il işğaldan azad olunan Füzuli rayonunda 120,5 ton, Cəbrayıl rayonunda isə 50,7 ton üzüm yığılıb.
Elnur Əli