Portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça” klubu qışda “Real Madrid”in yarımmüdafiəçisi Arda Güləri icarəyə götürmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb.
Məlumata görə, Ardanın transferini rəhbərlikdən Mourinyo tələb edir.
“Fənərbağça”nın futbolçunu icarəyə götürmək istədiyi bildirilir.
Qeyd edək ki, Gülər bu mövsüm “Real Madrid”də 10 oyun keçirib. O, İspaniya klubuna 2023-cü ilin yayında transfer olub. Buna qədər futbolçu “Fənərbağça” klubunda çıxış edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun hazırkı qiyməti 45 milyon avrodur.