Rusiyada müstəntiqlər dələduzluqla bağlı davam edən cinayət işi üzrə istintaqla əməkdaşlıqdan imtina edən keçmiş vəkil Elman Paşayevin ona ittiham olunan cinayətin digər oxşar epizodlarında iştirakını yoxlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Hüquq-mühafizə orqanları təqsirləndirilən Paşayevin digər oxşar cinayətlərin törədilməsində iştirakını yoxlayır. Cinayət işində digər dələduzluq epizodları da ola bilər. İstintaq davam edir”, - agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Rusiya hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb. Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədə təqsirli bilinən Mixail Yefremovun vəkili kimi şöhrət qazanıb. O, sonradan vəkillikdən xaric edilib. Daha sonra Yefremov işi üzrə keçirilən prosesdə yalan ifadə verən şahidlərə görə Paşayevə qarşı yoxlama aparılıb.