Amerikalı multimilyarder İlon Mask Demokratların namizədi Kamala Harris ABŞ prezident seçkilərində qalib gələrsə, həbs olunacağından qorxur.
Yeniavaz.com xəbər verir ki, bu barədə sahibkar sosial şəbəkə hesabında jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Maskın fikrincə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə məğlub olarsa, bu, onun sonu olacaq.
Sahibkar Karlsona bu halda neçə il həbsxanada qalacağı ilə bağlı ritorik sualla müraciət edib.