İsrail Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binasına zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilir ki, zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb:
“Bu axşam saat 20:15 (Bakı vaxtı ilə 21:15 – red.) radələrində İsrail düşməni işğal altındakı Qolan təpələrindən hava hücumu həyata keçirib, üç raket atıb və Dəməşqin sıx məskunlaşdığı Mezza bölgəsindəki yaşayış və ticarət binasına hücum edib”.