“Telegram” Ukraynanın bir hissəsində qadağan edilə bilər


Ternopil vilayətinin regional şurasının tənzimləmə komissiyası yekdilliklə “Telegram” messencerinin regionda qadağan edilməsini tövsiyə edib, çünki deputatlar istifadəçi məlumatlarının Rusiya hakimiyyətinə çata biləcəyinə inanırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Qeyd olunur ki, indi bu məsələyə vilayət şurasının sessiyasında baxılmalıdır.
Xatırladaq ki, sentyabrın 20-də Ukrayna hakimiyyəti təhdidləri minimuma endirmək üçün məmurlara və hərbçilərə “Telegram”ı rəsmi cihazlara quraşdırmağı və ondan istifadə etməyi qadağan edib. Məhdudiyyətlər həmçinin təhlükəsizlik və müdafiə sektorunda çalışan işçilərə, eləcə də mühüm infrastrukturla işləyən müəssisələrin işçilərinə təsir edib.

DİGƏR XƏBƏRLƏR

Top