Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb.
Məlumat üçün onu da bildirək ki, açıqlanan sonuncu rəsmi məlumata (yanvar-iyul ayları) görə Azərbaycanda orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1002,4 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top