Livanla sərhəddə və Qəzza zolağında davam edən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 43 yaşlı mayor Aviv Magen Livan sərhədində, 20 yaşlı serjant Noam İsrael Abdo isə Qəzza zolağının şimalında gedən döyüşdə həlak olub.
IDF mətbuat xidmətinin məlumatına görə, beləliklə İsrail ordusunun Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı ölən hərbçilərinin ümumi sayı 730 nəfər təşkil edib.