Türkiyə sabahdan Livandakı vətəndaşlarının təxliyəsinə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşları oktyabrın 9-da dəniz yolu ilə təxliyyə olunacaqlar.
“Bu çərçivədə, Dəniz Qüvvələrinə aid ümumi tutumu təxminən 2 min sərnişin olan iki gəminin bu gün Beyruta doğru yola çıxması gözlənilir”, - məlumatda deyilir.
Zərurət yaranarsa, evakuasiya prosedurlarının növbəti günlərdə də davam etdiriləcəyi bildirilib.
Xarici İşlər Nazirliyi təxliyə üçün ayrılmış gəmilərin, həmçinin Livana humanitar yardım daşıyacağını açıqlayıb.