“Hizbullah”ın qərargah komandiri öldürüldü – IDF


İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda “Hizbullah” hərəkatının qərargah komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Hizbullah” qərargahının komandiri Süheyl Hüseyn İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində öldürülüb. Onun İrandan maddi-texniki təminat və silah tədarükünə, həmçinin “Hizbullah” bölmələrinə silah paylanmasına cavabdeh olduğu iddia edilir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi obyektlərinə kütləvi hava zərbələri endirilib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb. Hərəkat onun ölümünü təsdiqləyib. Oktyabrın 1-nə keçən gecə isə IDF Livanın cənubunda quru əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top