Husilər bu günə qədər 190-dan çox gəmiyə hücum ediblər


Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri (husilər) 2023-cü ilin noyabr ayından bəri İngiltərə, İsrail və ABŞ ilə əlaqəli olduğuna inandıqları ən azı 193 gəmiyə hücum ediblər.
Yeniavaz.com
“Al Masirah” telekanalına istinadla xəbər verir ki, bu barədə hərəkatın lideri Əbdül Malik əl-Husi məlumat verib.
“Silahlı qüvvələrimiz İsrail, həmçinin ABŞ və Böyük Britaniya ilə əlaqəli 193 gəmiyə hücum edib”, - əl-Husi bildirib.
Onun sözlərinə görə, hərəkat 2023-cü ilin noyabrından bəri müxtəlif gəmilərə ən azı 1000 raket və pilotsuz təyyarə buraxıb. Onlar həmçinin ABŞ-nin ən azı 11 “MQ-9 Reaper” kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurublar.
ABŞ və Britaniyanın endirdiyi zərbələr nəticəsində “Ənsar Allah” lideri də daxil olmaqla ən azı 82 nəfər ölüb, 340 nəfər yaralanıb.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı Fələstin anklavında əməliyyat dayandırılana qədər İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. “Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top