Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb


Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyaya işgüzar səfərə yola düşüb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top