Bomba hazırlayan İŞİD üzvü İstanbulda saxlanıldı


Türkiyənin İstanbul vilayətində terrorla mübarizə qrupları əməliyyat keçirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, əməliyyatla Suriyada münaqişə bölgələrində silahlı terror təşkilatları ilə əlaqədə fəaliyyət göstərdiyi müəyyən edilən şübhəli şəxs saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxs İŞİD-in (İraq Şam İslam Dövləti) fəaliyyət göstərdiyi bölgələrdə bomba hazırlama mərhələlərində iştirak edən 34 yaşlı R.H.-dir.
Məhkəmə sözügedən şəxs barəsində həbs qətimkan tədbiri seçib. Faktla bağlı araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top