ABŞ sakini 500 min dollarlıq uduşlu lotereya biletini itirib.
Yeniavaz.com “People” portalına istinadla xəbər verir ki, 57 yaşlı Vaşinqton sakini və ətraf mühit könüllüsü Filip Eyç avqustun 12-də 2 ədəd “Lucky for Life” bileti alıb və hər iki biletdəki uduşlu rəqəmləri düz təxmin edə bilib.
Lakin o, hər biri 500 min dollar dəyərindəki uduşlu biletlərdən birini itirib. Buna görə də, ilkin mərhələdə 500 min dollarlıq uduşu almağa razılaşıb.
F. Eyç daha sonra digər bileti axtarmağa başlayıb və ancaq bir ay sonra 500 min dollar dəyərindəki növbəti bileti tapa bilib. Yalnız bundan sonra o, biletin vəd etdiyi uduşu ala bilib.