“Real Madrid”in ispaniyalı müdafiəçisi Dani Karvaxal İspaniya çempionatının 9-cu turunun “Vilyarreal”la oyununa əlavə olunmuş dəqiqələrdə dizindən zədə alıb.
Yeniavaz.com xəbər verir ki, onu xərəklə meydandan çıxarıblar.
“Ciddi zədə kimi görünür. Soyunub-geyinmə otağında hamı kədərli və narahat idi. Belə hallar çox vaxt təqvimin çox olması ilə bağlıdır. İndi bu, komandamız üçün çox vacib bir futbolçunun başına gəldi. O, təcrübəsi və ciddiliyinə görə əsas oyunçudur”, - AS Ançelottidən sitat gətirib.
Karvaxal cari mövsümdə bütün yarışlarda 11 matçda iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib. “Transfermarkt” onun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, sözügedən görüşdə “Real” 2:0 hesabı ilə qalib gəlib.