Livanın “Hizbullah” hərəkatının baş katibi postuna əsas namizəd hesab edilən təşkilatın icra şurasının rəhbəri Haşim Safi əd-Din İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Safi əd-Din oktyabrın 4-ü cümə günü İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.
Onunla birlikdə Hizbullahın bir neçə yüksək rütbəli üzvü, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti öldürülüb.
***15:04
Həsən Nəsrullahın “Hizbullah” hərəkatının baş katibi vəzifəsində ehtimal olunan varisi Haşim Safi əd-Dinlə İsrailin Beyruta vurduğu zərbələrdən sonra cümə günündən əlaqə itib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, İsrailin Livanın paytaxtına davam edən zərbələri xilasedicilərə hücuma məruz qalan “Hizbullah” bunkerinin “Hizbullah” rəhbəri vəzifəsinə namizədin yerləşə biləcəyi yerdə axtarışlar aparmasına mane olur.
Hazırda hərəkatın icra şurasına Haşim Safi əd-Din rəhbərlik edir.