Dünyanın ən varlı adamları arasında ilk üçlükdə dəyişiklik olub və “Meta” platformasının təsisçisi, rəhbəri Mark Zukerberq ilk dəfə “Amazon”un qurucusu Ceff Bezosu keçərək dünyanın ən varlı adamları reytinqində ikinci yerə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in məlumatları sübut edir.
Müsbət maliyyə hesabatından sonra onun şirkətinin səhmləri hər səhm üçün 582,77 dollara yüksəldiyindən Zukerberqin sərvəti 206 milyard dollara çatıb. Beləliklə, o, hazırda sərvəti 205 milyard dollar olan Bezosu geridə qoyub.
İlin əvvəlindən bəri Zukerberq sərvətini 78 milyard dollar artırıb ki, bu da BBI-nin siyahısında olan dünyanın ən varlı 500 adamı arasında ən böyük artımdır.
Doqquz ay əvvəl isə iş adamı reytinqdə altıncı yerdə olub.
“Bloomberg” reytinqinə “Tesla” və “SpaceX”in yaradıcısı, “X” sosial şəbəkəsinin sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 256 milyard dollar dəyərində qiymətləndirilir.