“Ulduz” metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***19:28
Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.
Xatırladaq ki, daha öncə “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında kişi sərnişin qatar yoluna düşərək həyatını itirib.