“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar gələn yay “Barselona”ya qayıda bilər.
Yeniavaz.com xəbər verir ki, sport.es bu barədə məlumat yayıb.
Bildirilir ki, braziliyalı kataloniyalı transfer siyahısında ikinci prioritetdir.
Mənbənin məlumatına görə, “Barselona”nın əsas hədəfi “Mançester Siti”nin futbolçusu Erlinq Haalanddır. Əgər norveçlini ala bilməsələr, Neymarla hücum xəttini gücləndirmək istəyirlər.
Bundan əlavə, gələn yay 32 yaşlı braziliyalı azad agent olacaq. “Barselona” yüksək səviyyəli cinah oyunçusunu pulsuz almaqda maraqlıdır.
Qeyd olunur ki, Neymar 2026-cı il dünya çempionatı üçün Braziliya millisinə düşmək istəyir. “Barselona”ya keçid onu dünya çempionatına milli komandaya çağırmaq üçün yaxşı formada saxlaya bilər.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. “Barselona” braziliyalının vətənindən kənarda ilk klubu olub.