Suqovuşanın işğaldan azad edildiyi gündür – Prezidentdən paylaşım


Prezident İlham Əliyev Suqovuşanın Ermənistan işğalından azad edilməsinin ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, paylaşımda “Zəfər tariximiz - Suqovuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür” sözləri yer alıb.
Xatırladaq ki, 2020-ci ildə aparılan uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirib.
Oktyabrın 3-də Prezident İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı – Suqovuşan adı bərpa olunub.
Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Azərbaycan Respublikasında “Suqovuşanın azad olunmasına görə” medalı təsis edilib.
Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top