Xalq artisti Emin Ağalarova daha 3 bina tikməsi üçün icazə verildi


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində yeni yaşayış binalarının tikintisinə icazə verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Nardaran İnvest” MMC verilən icazəyə əsasən “Lighthouse” adlandırılan 3 ədəd 8 mərtəbəli yaşayış binası inşa edəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi, həmçinin “Nardaran İnvest” MMC Xalq artisti Emin Ağalarova məxsusdur. “Sea Breeze” yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top