Burak Yılmaz “Beşiktaş” məğlubiyyətindən sonra istefa verdi


Türkiyə Super Liqasının 7-ci həftəsində öz meydançasında “Beşiktaş”a 3:0 hesabı ilə məğlub olan “Kayserispor”un baş məşqçisi Burak Yılmaz matçdan sonra istefa verib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, gənc məşqçi açıqlamasında hər şeyi etdiyini, bircə istefa vermək qərarının qaldığını, ona görə də, istefa vermək qərarına gəldiyini bildirib.
“Sırf transfer cəzası olduğu üçün vəzifəmdən ayrılmıram. “Kayserispor”un qan dəyişikliyinə ehtiyacı olduğu üçün bu addımı atıram”, - baş məşqçi əlavə edib.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis bu ilin yanvar ayında “Kayserispor”a rəhbərlik etməyə başlayıb. Burak Yılmaz sarı-qırmızılı komandanın baş məşqçisi kimi 21 oyuna çıxıb. O, bu oyunları 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyətlə başa vurub. Klub həmçinin bu mövsüm hələ ki, Superliqada qələbə qazana bilməyib. Komanda turnir cədvəlində 3 xalla 17-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top