Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın Baş naziri burada Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu iclası iyun ayında Nesvijdə (Belarus) keçirilib.
Xatırladaq ki, Aİİ ölkələrinin hökumət başçılarının daxil olduğu bu şura Aİİ ölkələrinin prezidentlərindən ibarət Ali Avrasiya İqtisadi Şurasının qərarlarını həyata keçirir. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilir.