“Vicdanı olan şəxs Livanda baş verənləri qəbul edə bilməz” – Ərdoğan


“Livan İsrailin soyqırım və işğal siyasətini həyata keçirməsi üçün yeni hədəfə çevrilib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.
“Livan və xalqı İsrailin 7 oktyabrdan bəri bölgədə həyata keçirdiyi soyqırım və işğal siyasətinin yeni hədəfləridir. İsrailin şiddətli hücumları son bir həftə ərzində çoxlu sayda livanlı, o cümlədən uşaqlar həlak olub. Heç bir vicdan sahibi bu qətliamı qəbul edə və ya haqq qazandıra bilməz. İsrail hökuməti bu qırğın üçün onu silah və sursatla təmin edən digər güclər tərəfindən göz yumulduğu üçün getdikcə ehtiyatsız davranır”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, İsrail bütün insanlığa, bəşəri dəyərlərə və beynəlxalq hüquqa meydan oxuyur:
“İsrailin Qəzzada və Ramallahda yürütdüyü çılğınlıq siyasətini Livan və digər region ölkələrinə də yaymaq cəhdlərinə son qoyulmalıdır. Qlobal sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində məsuliyyət daşıyan bütün strukturları və bütün insan haqları təşkilatlarını, xüsusilə də BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırırıq”.
O, İslam dünyasının bu hücumlara qarşı daha sərt mövqe tutmalı olduğunu da vurğulayıb:
“Türkiyə bu çətin günlərdə Livan xalqına və hökumətinə dəstəyini davam etdirəcək. İsrailin Livana qarşı bu qeyri-insani hücumlarını pisləyir və bütün Livanlı qardaşlarımıza başsağlığı veririk”.

DİGƏR XƏBƏRLƏR

Top