Həsən Nəsrullahın ölümünü “Hizbullah” da təsdiqlədi


Livanın “Hizbullah” hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində hərəkatın lideri Həsən Nəsrullahın ölümünü rəsmən təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın bəyanatında bildirlib.
Bəyanatda qeyd edildiyi kimi o, 30 ilə yaxın hərəkata rəhbərlik edib.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
Hava hücumu bir gün əvvəl Nəsrullahın da iştirak etdiyi “Hizbullah” rəhbəriyinin toplantısı zamanı həyata keçirilib. “Al Hadath” telekanalının İsrail mənbələrinə istinadla verdiyi məlumata görə, təşkilatın qərargahına hücum zamanı bunkerləri məhv etmək üçün güclü hava bombalarından istifadə edilib. Hava hücumunun baş verdiyi əraziyə yaxın olan ən azı altı bina uçub. İlkin məlumatlara görə, ölən və onlarla yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top