“Bavariya” 100 milyon avroya futbolçu almaq istəyir


“Bavariya” 100 milyon avroya “Bayer”in futbolçusu Florian Virtsi transfer etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, danışıqlar başlasa da, “Bavariya” oyunçunun transferini 2025-ci ilin yayında tamamlamağı nəzərdə tutur.
Virts 2024/25 mövsümündə Leverkuzen klubunda yeddi oyun keçirib. O, bu oyunlarda altı qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Virts “Köln” və “Bayer”in yetirməsidir. O, peşəkar karyerasına 2020-ci ildə Leverkuzen klubunda başlayıb. Komanda ilə Almaniya çempionluğunu, kubokunu və superkubokunu qazanıb.
2021-ci ildə Virts gənclər arasında Avropa çempionatının qalibi oldu. Finalda Almaniya Portuqaliya millisinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Lukas Nmeça vurub.

DİGƏR XƏBƏRLƏR

Top