İsrail bu dəfə HƏMAS komandirini zərərsizləşdirdi


İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda Fələstinin HƏMAS hərəkatının səhra komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında kəşfiyyat məlumatı aldıqdan sonra İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda HƏMAS terror şəbəkəsinin rəhbəri Əhməd Məhəmməd Fəhdi öldürüb”, - məlumatda bildirilib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Fəhd Suriyanın cənubundan İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı hücumlar, o cümlədən Qolan Təpələrinin atəşə tutulması üçün məsuliyyət daşıyıb.
Məlumata görə o, növbəti hücumu planlaşdırarkən öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top